Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Tovuzda bir ailənin məhv olduğu qəzanın təfərrüatı

Qəzada ölənlərin kimlikləri məlum olub

Bu gün səhər saatlarında Tovuzda baş verən dəhşətli yol qəzasının bəzi təfərrüatı məlumat olub.

“Mercedes” markalı avtomobilin qəzada dünyasını dəyişən sürücüsü Nadir Məmmədovun nənəsi dünən gecə dünyasını dəyişib. Ailə üzvləri yas mərasiminə getmək üçün səhər saatlarında yola çıxıblar. Tovuz rayonu ərazisində isə dəhşətli qəzaya düşüblər.

Qeyd edək ki, Nadir Məmmədov Azərbaycan Silahlı qüvvələrinin hərbçisi olub.

Xatırladaq ki, qəzada ölənlərin hamısı bir ailənin üzvü olub. Onlar “Mercedes”in sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır./lentaz/
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı