Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Yəməndə atəşkəs rejimi qüvvəyə mindi

Yəməndə BMT-nin vasitəçiliyi ilə beşgünlük atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.

Atəşkəs Ramazan ayının sonunadək davam etməlidir.

Atəşkəs rejimi beynəlxalq təşkilatlar tərəfindən 1 milyondan artıq Yəmən sakini üçün humanitar yardımın çatdırılmasına şərait yaratmalıdır.

Qeyd edək ki, vəhabi ərəb koalisiyası atəşkəs tətbiq edilməzdən bir neçə saat əvvəl ölkənin bir neçə regionunda hava zərbələri endirib. Nəticədə Yəmənin şimal bölgəsində 7 nəfərin öldüyü bildirilir.

Yəməndə beşgünlük atəşkəs rejimi ilk dəfə may ayında tətbiq edilmişdi.

Qeyd edək ki, vəhabi Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəmən xalqına qarşı soyqrım həyata keçirir.
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı