Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

İŞİD-dən müsəlmanlara daha bir zərbə

Terrorçular bayram səhəri məscidləri bir-biri gəzəcək və bayram namazı qılanları cəzalandıracaqlar.
İŞİD Şimali İraqda öz nəzarəti altında saxladığı Mosulda “bidətdir” (dinə sonradan əlavə olunan) deyərək bayram namazı qılmağı yasaqlayıb. Bu barədə məlumatı “Rudaw” saytı “Kürdüstan Demokratik Partiyası”nın Mosul funksioneri İsmət Rəcəbə istinadən yayıb. Rəcəb, terrorçuların bayram səhəri məscidləri bir-biri gəzəcəkləri və bayram namazı qılanları cəzalandıracaqları barədə xəbərdarlıq etdiklərini bildirib. İŞİD qruplaşmasının bu cür xəbərdarlıq və qadağası bölgə sakinləri tərəfindən kəskin etirazla qarşılanıb./ans/
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.1