Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Müharibə təbliğatı nəyə xidmət edir?

Səmimi şəkildə torpaqları azad istəyi, yoxsa siyasi maraqlar naminə növbəti oyun?

Son günlər Azərbaycan hakimiyyəti müharibə ritorikasını gücləndirib. Hərbi əməliyyatların başlanacağı, ildırım sürətli müharibə olacağı artıq YAP iqtidarının rəsmi təbliğatının tərkib hissəsinə çevrilib. Özü də bu dəfə Rusiyanın Azərbaycanın yanında olacağı, 7 rayonun geri qaytarılacağı iddia olunur.
Deputat Zahid Oruc da bunu istisna etmədiyini bildirib. O, Şərq qəzetinə açıqlamasında deyib: “Azərbaycan-Rusiya münasibətləri tarixin heç bir dönəmində bu qədər yaxşı olmayıb. Ona görə də söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KIV-ə bəzən xaotik, bəzən spontan şəkildə sızması, eyni zamanda Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqda deyilənlər əsassız deyil. Eləcə də Rusiyanın Qərblə konfrontasiya fonunda üzərindən məlum işğalçılıq imicini atmaq üçün Qafqazda müəyyən şəkil dəyişimlərinə getməsi, o cümlədən Azərbaycan torpaqlarının qaytarılması, Qafqazda siyasi çəkisini bərpa edə bilməsi haqda deyilənlərin əsası olmamış deyil. Ona görə də ildırım sürətli müharibə, Rusiyanın nisbətən neytrallaşacağı təqdirdə Azərbaycanın əl atacağı addımlar dövriyyəyə daha çox çıxır”.

Ekspertlərin fikrincə, Azərbaycan hakimiyyəti Qərbdən demokratiya tələbləri artdıqca Rusiya ilə yaxınlaşamağa bəhanə axtarır. Və bunu Qarabağ kontekstində etməyə çalışır: “Iqtidar belə fikir formalaşdırmağa çalışır ki, guya Rusiya Azərbaycana bu məsələdə dəstək verəcək. Məsələ burasındadır ki, Qarabağ münaqişəsində müstəsna rolu Rusiya oynayıb. Məhz Rusiyanın müstəsna rolu nətiəcsində Azərbaycan torpaqları işğal olunub. Hamıya bəllidir ki, məhz bu problemin mövcudluğu Rusiyaya hər iki ölkəyə ciddi təsir imkanı verir. Üstəlik konflikt mövcud olduğu dövrdə Rusiya hər iki ölkəyə çoxlu silah satır. Konfliktin qalması Rusiya üçün istər siyasi, istər hərbi cəhətdən çox vacibdir. Rusiya Azərbaycana bu problemin həllində hansısa dəstək verəcəyini deyənlərə ən yaxşı cavabı elə Rusiya özü verdi. Ermənistana 200 milyon pul ayırdı”.
Ekspertlər bildirir ki, hakimiyyətin müharibə təbliğatı aparmasının digər səbəbi ölkədəki ciddi problemlərlə bağlıdır. “Ölkədə iqtisadi vəziyyət getdikcə pisləşir. Müharibə ritorikasının gücləndirilməsi də vətəndaşların diqqətini bu kimi başlıca problemlərdən yayındırmaq məqsədi daşıyır”, - deyə ekspertlər vurğulayır./azadlıq/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...