Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Əsəd keçid dövründə də höküməti idarə edəcək

Bəşər Əsəd keçid dövründə də höküməti idarə edəcək - Rəsmi Dəməşq
Bunu Suriyanın İnformasiya naziri İmran əz-Zəbi bildirib

“Cenevrə-2 sülh danışıqlarından sonra keçid dövründə də Bəşər Əsəd höküməti idarə edəcək”.

İnterAz-ın Suriya dövləti xəbər agentliyinə (SANA) istinadla verdiyi xəbərə görə, bunu Suriyanın İnformasiya naziri İmran əz-Zəbi bildirib.

O deyib: “Əgər bəziləri fikirləşir ki, biz Cenevrədə Dəməşqin açarlarını onlara verəcəyik, bu yanlışdır və onlar Cenevrəyə getməsinlər. Qərar prezident Bəşşar Əsədindir. Əgər keçid dövrünə nail olsaq, Bəşər Əsəd onu idarə edəcək və Suriyanın prezidenti kimi qalacaq.”

Bildirək ki, Suriyada Bəşər Əsədin prezidentlik müddəti 2014-cü ildə bitir. Suriya prezidenti də bir neçə dəfə yenidən seçilməsinin mümkün olduğunu bəyan etmişdi.
1729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB