Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

“Bank of Azerbaijan” əmanətçilərin pulunu qaytarmır

İradə Cavadova: «Hər gün onlarla insan banka gedib halal pullarını hətta hissə-hissə almağa hazır olduqlarını deyirlər. Lakin bu halda da pullarını vermirlər»

“Bank of Azerbaijan” ASC əmanətçilərə həm hörmətsizlik edir, həm də işgəncə verir". Bu sözləri vəkil Iradə Cavadova facebook səhifəsində yazıb. O, bildirib ki, Mərkəzi Bank “Bank of Azerbaijan”ın əmanətçilərə qarşı qanunsuz hərəkətlərinə göz yumur.
Vəkil daha sonra bildirib: “Bank of Azerbaijan”ın təsisçisi barəsində cinayət işi başlanmasına baxmayaraq heç bir tədbir görülmür. Bu biabırçılıq artıq uzun müddətdir ki, davam edir. Bank əmanətçilərə vəsaitləri qaytarmaq istəmir, özünü “bankrot” elan etmir, dələduzluqla bağlı cinayət işi başlanmır, bankın filialları boş-boşuna fəaliyyətini davam etdirir. Təsisçiyə “gözün üstə qaşın var” deyən yoxdur. Oliqarxlar bir-biri ilə “razborka” aparır, əziyyəti isə vətəndaş çəkir. Hər gün onlarla insan banka gedib halal pullarını hətta hissə-hissə almağa hazır olduqlarını deyirlər. Lakin bu halda da pullarını ala bilmirlər".

Məlumat üçün deyək ki, “Bank of Azeribaijan” iş adamı Hafiz Məmmədova məxsus olub. Lakin sonradan bank faktiki olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətinə keçib. Bir müddət əvvəl Hafiz Məmmədova həbs təhlükəsi yarandığı barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, həbs olunacağından duyuq düşən iş adamı Azərbaycanı tərk edib. Sonradan Hafiz Məmmədov ölkəyə qayıtdı. Bundan sonra məlumat yayıldı ki, “kredit qalmaqalı”na görə həbs təhlükəsi ilə üzləşən Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovu hədələyib. O, nazirin diqqətinə çatdırıb ki, kreditlər “Bank of Azerbaijan” üçün götürülüb. Bu bankın isə Anar Məmmədovun nəzarətindədir və deməli, baş verənlərə görə də o, məsuliyyət daşıyır. Hafiz Məmmədov nazirə deyib ki, həbs olunacağı təqdirdə onun və oğlu barəsində şok açıqlamalar verəcək. Bundan sonra Ziya Məmmədov Hafiz Məmmədovun kredit borcunu ödəməyi öz üzərinə götürüb və iş adamı həbsdən qurtulub.
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi