Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

“Vəd olunan sürprizin biri də gəldi”

“Düşünüblər ki, xalqımız dözümlüdür, problemlərini özü həll edər, edə bilməsə də gedib özünü asar...”


AXCP sədri Əli Kərimli Mərkəzi Banka 141 metrlik yeni inzibati binanın tikilməsinə münasibət bildirib. Onun facebook səhifəsində paylaşdığı qeydi təqdim edirik:

Gözün aydın, millət, Avropa Oyunlarından sonraya vəd olunan sürprizin biri də gəldi. Bu sürprizin aztəminatlı ailələrin kredit ödənişlərinə güzəştlərlə bağlı olmadığını artıq bilirsiniz. Bəs sizcə, bu sürpriz nə ilə bağlı ola bilər?

Bəziləriniz düşünə bilər ki, yəqin bütün günü televiziyalardan “neft kapitalının insan kapitalına çevrilməsi”ndən danışan hökumətimizin ürəyi yumşalıb, pulsuz ali təhsilin artıq xeyli dərəcədə ləğv olunmasının, tələbələrin 60 faizə yaxınının ödənişlə oxumasının ailələrə dəhşətli yük olduğunu anlayıb. Avropa Oyunlarına milyardlar xərcləyənlər 100-150 milyon xərcləməklə 60 min nəfərə qədər pullu təhsil alan tələbənin ödənişlərini ləğv edir. Təəssüf ki, gümanınız yanlışdır, sürpriz bu deyil.

Başqa bir qrupunuz fikirləşirsə ki, devalvasiyadan sonra pensiyaların, təqaüd və müavinətlərin real alıcılıq qabiliyyətini itirməsindən hökumət narahat olub və ona görə də pensiya, təqaüd və müavinətləri sürpriz olaraq artırmaq qərarına gəlib, onlar da yanılırlar.

Daha optimist gənclər ola bilsin, ümid edirmiş ki, hökumət gənclərə qayğı adı ilə adi bir idman oyununa 8 milyard xərclədisə, yəqin oyundan sonra gənclərin ev almasını asanlaşdırmaq üçün ipoteka fonduna da bir neçə yüz milyon manat pul keçirər, bu da olar gənclərə sürpriz. Təəssüf ki, bu da deyil.

Heç şübhəsiz ki, bir qrupunuz da düşünüb ki, hökumətin 13500 şəhid ailəsinin hər birinə verməli olduğu 11 min manat “qan pulunu” vermədən, Qarabağ qazilərinə yetərli müavinat ayırmadan, erməniləri Bakıda ağırlaması, onların bayrağını Bakıda dalğalandırması hakimiyyəti çox gözdən salıb, apardıqları boğazdan yuxarı Qarabağ təbliğatının saxtalığını ifşa edib. Ona görə də hökumət imicinə dəymiş bu zədələri bir az düzəltmək üçün jest edib, şəhid ailələrinin “qan pulu”nu ödəyəcək, Qarabağ qazilərinin müalicəsi üçün fond yaradacq. Nə çətindir ki? Avropa Oyunlarının bircə bağlanış mərasiminin puluna bu vətən fədailərinin bütün problemlərini həll etmək olar. Bu da olar şəhid ailələrinə, qazilərimizə və bütövlükdə cəmiyyətimizə edilən sürpriz. Təəssüf ki, bu da deyil.

Sürpriz odur ki, cəmisi 20 il əvvəl Mərkəzi Banka şəhərin mərkəzində müasir, dəbdəbəli, bahalı ofis tikmiş hökumətimiz düşünüb ki, bizim kimi “varlı” ölkənin Mərkəzi Bankına bu bina artıq layiq deyil. Mərkəzi Banka 141 metr hündürlükdə, 100 milyonlarla manata başa gələcək yeni bina tikirlər. Başbilənlərimiz düşünüb ki, hər necə olsa, xalqımız dözümlüdür, öz problemlərini özü həll edər, edə bilməsə də gedib özünü asar. Əsas odur ki, bizim Mərkəzi Bankın binası başqa ölkələrin Mərkəzi Banklarının binasından hündür olsun. Sürpriz oldumu?/azadlıq/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP