Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Əliyevin 40 qəpiklik sevinci

Ölkə başçısı vətəndaşın acından ölməməsini uğur hesab edir

Doğurdan da bizim dərdimiz böyükdür. Dünya iri addımlarla irəlilədiyi bir vaxtda, Azərbaycan hakimiyyəti vətəndaşın acından ölməməsi ilə fəxr edir. Dünyada yeni texnologiyaların yaranması, yeni elmi kəşflər, təhsil və səhiyyə sahəsindəki islahatlar, iqtisadiyyatın şaxələndirilməsi kimi məsələlər müzakirə olunduğu halda, Azərbaycan hakimiyyəti vətəndaşın 40 qəpiklik çörək ala bilməsini analoqsuz inkişaf kimi təqdim edir.
Bəli, “Milan Expo 2015" Ümumdünya sərgisində təşkil olunmuş ”Milli gün" çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində Azərbaycan "prezident"i Ilham Əliyev belə söyləyib: “Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb”.
Bu qədər absurdu necə danışmaq olar? Təkcə “Azəri-Günəşli- Çıraq” yatağından 115 milyard dollar gəlir əldə edən, yeraltı-yerüstü sərvətlərlə zəngin olan bir ölkənin prezidenti bunu necə uğur saya bilər. Avropa Birliyinə 28 ölkə daxildir. Belə çıxır ki, bu 28 ölkə və Azərbaycandan başqa bütün dünya acından ölür.
Digər tərəfdən, acından ölməmək inkişaf sayıla bilərmi? Vətəndaşın həyatı yalnız 40 qəpiklik çörəklə məhdudlaşmır axı. Guya, Ermənistanda hər gün acından ölürlər?
Əliyevlər hakimiyyəti dövründə ölkəyə 100 milyardlarla vəsait daxil olub. Nəticədə isə təhsil, səhiyyə, hüquq sistemi, elm sahəsi, iqtisadiyyat, kənd təsərrüfatı bərbad vəziyyətdədir. Deməli, bu vəsaitlər dövlətin və millətin mənafeyinə xidmət etməyib. Yeganə təsəlli yeri budur ki, ölkədə acından ölən yoxdur. Hakim ailə və məmurlar dünyanın müxtəlif yerlərində bahalı mülklər alır, ölkədə bütün sahələr monopoliyaya alınıb, rayonlar nazirlər arasında bölünüb, söz azadlığı boğulub, azad sahibkarlıq məhv edilib, müstəqil məhkəmə sıradan çıxarılıb, müəllim və həkim dilənçi maaşına möhtac qalıb, 2.5 milyon vətəndaş kredit faizlərinin əsirinə çevrilib və Ilham Əliyev acından ölməməyi uğur hesab edir.
Görəsən, 150-200 manatla aylıq təlabatını ödəmək məcburiyytində qalan müəllim, 100 manat pensiya alan yaşlı qadın, təqaüdü yolpulunu ödəməyən tələbə, toxluqdan partlayır?
Bu ölkədə hər gün intihar baş verir, şəhid ailəsinin qan pulu verilmir, başqa bir şəhid ailəsi tövlədə yaşayır, korrupsionerlər, cinayətkarlar cəzalandırılmır və ancaq ölkə başçısı Azərbaycanın böyük bəladan qurtulduğunu iddia edir.
Ilham Əliyev başa düşməlidir ki, Haitinin, Somalinin, Afrika cəngəlliklərində yerləşən ölkələrin prezidenti deyil. Əgər Somali prezidenti vətəndaşının acından ölməməsi ilə öyünsəydi, başa düşülərdi. Amma varlı bir ölkənin prezidentinin bu düşüncədə olması fəlakətdir.
Həm də o varlı ölkənin ki, 2 milyondan artıq vətəndaşı ailəsini dolandırmaq üçün ölkə xaricinə üz tutub. O varlı ölkənin vətəndaşı ki, kredit borcunu ödəyə bilmədiyi üçün intihar edir. Əcnəbi müğənniyə 2 milyon ənam verib, mənasız bir yarışmaya 8 milyard xərcləyən ölkənin vətəndaşı niyə acından ölməlidir?
Amma Ilham Əliyevin sözlərində bir həqiqət də var. Bu qədər talan edilən, sərvəti oğurlanan, vətəndaşın soyulduğu ölkədə acından ölməmək də uğurdu. Əslində, bu qədər oğurluqdan sonra əhalinin yarısı acından ölməli idi. Görünür, Ilham Əliyevi təəccübləndirən də budur.
Bəli, bu ölkənin vətəndaşı acından ölmür, amma normal insan həyatı yaşaya da bilmir. Əliyev hakimiyyətinin analoqsuz idaəretməsi nəticəsində, çörək tapıb yemək də uğura çevrilib. Əlbəttə, ailə başçısı şərlənərək həbs olunmuş, digər ailə üzvünün fərqli fikrə görə işdən uzaqlaşdırıldığı reallıqda ailənin acından ölməməsi təəccüblüdür.
YAP hakimiyyətinə təşəkkür edirik ki, bizi acından ölməyə qoymur. Əliyev hakimiyyətinin 40 qəpiklik uğuru ilə fəxr edirik./azadlıq/
2043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:1