Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Öncə qohumunu, sonra isə özünü güllələdi

Sabirabadda dəhşətli hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib./apa/
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber