Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Nardaranda beynəlxalq Qüds Günü aksiyası

Nardaranda Qüds Gününə həsr olunan aksiya keçirilib. 

Aksiya saat 18:00-da İmam Hüseyn meydanında başlayıb. Təşkilatçıların verdikləri bilgiyə görə, aksiyanın keçirilməsində məqsəd beynəlxalq Qüds günündə Fələstin xalqına dəstək olmaqdır.

Qeyd edək ki, keçən gün Azərbaycan İslam Partiyasının 150 üzvü İsrail səfriliyi qarşısında aksiya keçirib. İsrail əleyhinə şüarlar səsləndirən aksiya iştirakçılarına polis müdaxilə edib. Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev saxlanılıb.

ABŞ, İsrail, Ermənistan bayraqları ayaqlar altına sərilib. Nardaranda keçirilən aksiyada İsrail, ABŞ, İŞİD əleyhinə şüarlar səsləndirilib... Aksiyada "Məhv olsun İsrail", "Mən fələstinliyəm", "İsrailə ölüm olsun", "Qarabağ islam torpağıdır", "Qüdsə azadlıq" kimi şüarlar səsləndirilir. Aksiyada ABŞ, İsrail, Böyük Britaniya, Ermənistan dövlətlərinin bayraqları yandırılıb. Aksiyada çıxış edən kənd ağsaqqalları, İsrail rejiminə qarşı Fələstin xalqına dəstək olduqlarını bəyan ediblər. Qarabağa azadlıq şüarı da səsləndirilən aksiyada ABŞ və İsrailə lənət şüarları səsləndirilir. Aksiyada Hacı Hacıağa Nuri, Hacı Atamalı – kəndin axundu, Hacı Noxbala - kəndin axundu, Nardaran Ağsaqqal Şurasının sədri Kərbəlayi Natiq Kərimov çıxış edib. Aksiyanın keçirildiyi meydanda heç bir polis əməkdaşı olmayıb./musavat/

 

 


627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber