Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Almaniya Yunanıstanı avrozonadan uzaqlaşdırmaq istəyir

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı vitse-kansler Ziqmar Qabriel ilə razılaşdırıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ZDF telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl “FAZ” nəşri Almaniyanın Maliyyə Nazirliyinin Yunanıstanın iyulun 9-da Avroqrupa təqdim etdiyi təkliflərin qənaətbəxş olmadığı barədə rəy verdiyini bildirib. Məlumata görə, sənəddə Afinanı Aİ-də üzvlüyü saxlanılaraq 5 il müddətinə avrozonadan kənarlaşdırmaq təklif olunur.

“Şoyblenin Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı kansler Merkel ilə razılaşdırılıb, Qabriel də bu barədə məlumatlandırılıb”, deyə ZDF məlumat verir./apa/
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48