Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

İranda terrorçu dəstə zərərsizləşdirilib

İran sərhədçiləri ölkənin şərqində yaxşı silahlanmış terrorçu dəstəsini zərərsizləşdirib. “TASS”ın verdiyi xəbərə görə, bu barədə İran Sərhəd Qoşunlarının komandanı general Qasım Rizayi bildirib.

Onun sözlərinə görə, zərərsizləşdirilmiş dəstə Mircavi şəhəri yaxınlığında sərhədi keçərək iranlı sərhədçilərə hücum edib. Generalın sözlərinə görə, dəstənin tərkibində döyüş aparmaq və terror aktları törətmək təcrübəsinə malik müxtəlif ölkələrdən olan muzdlular olub: “İki saatadək davam edən döyüş nəticəsində dəstə tamamilə məhv edilib, üç silahlı əsir götürülüb. Onlar hazırda dindirilir”

Məlumata görə, hadisə yerindən terrorçulara məxsus xeyli sayda atıcı silahlar, üç top qurğusu, fuqas tipli partlayıcı qurğular və işıq-səs qumbaraları götürülüb.

Rizayinin sözlərinə görə, silahlılar hakimiyyət nümayəndələrinə qarşı terror aktları, Zahidan, Kirman və Bəm şəhərlərində partlayışlar törətməyi planlaşdırıbmış./apa/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi