Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Serbiyanın baş naziri daş-qalaq edildi

Bosniyanın Srebrenitsa şəhərində səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiç 1995-ci ildə Serbiya ordusunun yerli müsəlman əhalisinə qarşı törətdiyi kütləvi qırğın qurbanlarının anım mərasimində daş-qalaq edilib. “TASS”ın verdiyi xəbərə görə, Potoçari memorial kompleksində keçirilən anım mərasiminə qatılan baş nazirə atılan daşlardan biri onun başına dəyib. Serbiya nümayəndə heyəti təcili ərazini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, insident baş nazirin məzarlığa gül çələngi qoyduğu an baş verib.

Polis hadisəyə müdaxilə edib, hücum edən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Srebrenitsa şəhərində bu gün kütləvi qırğının 20 illiyi münasibəti ilə anım mərasimi keçirilir./apa/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
12.01.17, 23:26