Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Suriyada baş verən hadisələr Türkiyənin turizm biznesinə ziyan vurub

İŞİD-in Suriyada iki yapon jurnalisti öldürməsinin ardından Yaponiya Türkiyənin bir hissəsini riskli bölgə elan edib.
Yaponiyadan hər il yüz minlərlə turist qəbul edən Kapadokiya bu il turist qıtlığından əziyyət çəkir, bu da həmin bölgədə turizmə ciddi ziyan vura biləcək faktdır.
Kapadokya Turzim İdarəçiləri Dərnəyinin (KAPTİD) idarə heyətinin sədri Yaqub Dinlər Türkiyənin peribacaları ilə məşhur turizm mərkəzi Kapadokiya bölgəsinin hər il təxminən 2,5 mln. yerli və xarici turistə ev sahibliyi etdiyini bildirərək bu bölgəyə gələn turistlərin əhəmiyyətli bir hissəsinin Yaponiyadan olduğunu deyib.
“Türk Dostu” olaraq tanınan yaponların bölgə turizmi üçün əhəmiyyətli gəlir mənbəyi olduğunu bildirən Dinlər ilin əvvəlində turist axınının normal olduğunu, Suriyada baş verənlərdən sonra isə turzim sahəsinə də ciddi ziyanın dəydiyini bildirib./report/
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır