Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Fələstinlilərin İsrail əsgərlərinə qarşı “ilan taktikası”

Ramallahın Silvad qəsəbəsində yaşayan fələstinli gənclər İsrail əsgərlərinin hücumlarına qarşı yeni bir müdafiə taktikası hazırlayıb.

Fələstinli gənclər vətənlərini xilas etmək üçün tutduqları ilanları İsrail əsgərlərinin toplandığı ərazilərə buraxırlar.

Silvadda yaşayan gənclərdən biri “taktika”nın necə ortaya çıxdığına dair bunları söyləyib: “Bu hadisə plansız bir şəkildə baş verib. Gənclər tutduğu ilanları hara buraxacağını fikirləşməyə başladılar və qərara gəldilər ki, onları İsrail əsgərləri və snayperlərin olduğu yerlərə buraxsınlar. İsrail əsgərlərinin qorxduqları və şoka düşdüyünü gördükdən sonra bu işi davam etdirmək barədə qərar verdilər”.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
Go to TOP