Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Rəşad Ramazanovun işindən apellyasiya şikayəti verilib

Bakı İstintaq Təcridxanasında saxlanan dindar bloqçu, Milli Elmlər Akademiyasının doktorantı Rəşad Ramazanovun işindən apellyasiya şikayəti verilib. “Media forum” saytına danışan vəkil Azər Nağıyev bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib: “Rəşad Ramazanova bəraət verilməsini istəyirik”.

Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
1654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:28