Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

İranın İraqda İŞİD-lə mübarizədə rolu olduqca böyükdür!

Nur-az.com shia-news.com-a istinadən:
İraq prezidenti müavini Nuri Maliki bildirib ki, İranın İraqda İŞİD-lə mübarizədə rolu olduqca böyükdür. Əgər İranın belə müsbət perspektivi olmasaydı, ölkədə terrorizmlə mübarizə mümkün deyildi. İranın böyük miqdarda hərbi təchizatla təmini təklifi bütün ölkəni bürüyən təhlükənin kölgə saldığı və əmniyyətin əldən getdiyi anda bizə böyük yardım oldu. Bundan əlavə bizim hal-hazırda İranla illik iqtisadi əlaqələrimiz 13 milyard dollara yetib.
Onu da qeyd edək ki, Amerikanın silah yardımı məsələsində səhlənkarlığı indi ölkəmizdə bu qədər asayişin pozulmasında təsirsiz deyil. Yəni müharibənin miqyası həddində verilən hərbi yardımın kifayətsizliyindən İraq sonar bu boşluğu Rusiya, İran, Koreya və Bolqarıstan kimi ölkələrdən təmin etməyə məcbur olub.
Deməliyik ki, İŞİD-lə mübarizədə son nöqtəni də, hal-hazırda onlarla döyüşdə ön cəbhəni təşkil edən ölkənin təhlükəsizlik qüvvələri, könüllü xalq dəstələri və yerli vilayətlər üzrə tayfa-qəbilələri qoyacaq.
Amma bu mübarizədə beynəlxalq koalisiya qüvvələrinin roluna gəldikdə isə, nəticə etibarilə yalnız on faiz müvəffəqiyyət görünür.
Artıq İraq İŞİD-lə mübarizədə kifayət qədər uğur qazanıb və hazırkı potensial vəziyyətimiz xaricdən hər hansı qüvvəyə ehtiyacın qarşısını alır.
Lakin Suriyada böhranlı vəziyyət davam etdikcə, bütün regionda asayişi pozur və bunun sonu İraqda İŞİD-in kökünün kəsilməsindən asılıdır. Gərək Suriyada müxalifət hər hansı şərti irəli sürmədən müzakirə yolları ilə məsələyə yanaşmalı və bundan sonra əldə edilən nəticəyə də qane olmalıdır.
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36