Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

ABŞ-ın dünyada nüfuzu azalır

“ABŞ əhalisinin yarıdan çoxu hesab edir ki, ABŞ başqa dövlətlərin işinə qarışmamalıdır”. Ans-in İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu informasiya ABŞ-da aparılan sorğunun nəticəsindən sonra məlum olub.

“2013-cü ildə ABŞ-ın dünyada rolu” adlı sorğunun nəticələri təkcə bu ölkənin vətəndaşlarını deyil, həm də dünya ictimaiyyətini şoka salıb.

Belə ki, sosioloqların fikrincə, ilk dəfə ölkə əhalisinin 52 fazinin “ABŞ öz daxili işləri ilə məşğul olmalı, başqalarının işinə qarışmamalıdır” ifadəsi ilə razılaşması son 50 ilin sorğusunda qeyri-adi hadisə kimi yadda qalacaq.

Sorğuda iştirak edənlərin 38 faizi isə hesab edir ki, ABŞ yenə də başqa dövlətlərin işinə qarışmalıdır. Bu sualın cavablandırılmasında isə əhalinin 10 faizi neytral qalıb.

“Son 10 ildə ABŞ öz nüfuz dairəsini və təsiretmə gücünü saxlaya bilibmi?” sualına isə respondentlərin 17 faizi “hə”, 53 faizi isə “yox” deyib.
1972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber