Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

İran nöqtə qoydu: “Bu gün son gündür”

İyulun 13-ündən sonra İran və “Altılıq” ölkələrinin İranın nüvə proqramı ilə bağlı müzakirəsi olmayacaq.

Bu barədə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bazar günü axşam verdiyi açıqlamanı “Röyter” agentliyi yayıb.

O, ABŞ, Rusiya, Fransa, Çin, Böyük Britaniya və Almaniyanın daxil olduğu “Altılıq”la İran arasındakı müzakirələrin iyulun 13-də başa çatacağını bildirib:

“İyulun 13-dəki görüşdən sonra danışıqların davamı olmayacaq”.

İyulun 13-də “Altılıq” ölkələri ilə İran arasında Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların son raundu gözlənilir. Bu vaxta qədər keçirilən görüşlər isə gərginliyi və diplomatların bir-brinə səs ucaltması ilə medianın gündəmini zəbt edib./axar/
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı