Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Türkiyədə kürdlərlə polis arasında insident baş verib

Türkiyənin Mardin vilayətində icazəsik aksiya keçirən PKK ilə polis arasında insident baş verib. PKK gənclər təşkilatının bir qrup üzvü “Əhməd Kaya” körpüsündə barrikadalar quraraq yolu bağlamağa çalışıblar. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Polisin “dağılışın” xəbərdarlığına terrorçular “molotof kokteyli”, fişəng və kustar üsulla hazırlanmış partlayıcılarla cavab verib. Polis isə iznsiz aksiya keçirən qrupa təzyiqli su gözyaşardıcı qazla müdaxilə edib. Müdaxilə zamanı terrorçuların açdığı atəş nəticəsində polis əməkdaşlarından biri ayağından yaralanıb. Hadisə yerinə cəlb olunan təcili yardımla xəstəxanaya çatdırılan polisin həyatı üçün təhlükə olmadığı bildirilib.
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber