Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Paytaxtda aksiya - “Yasamal MTK” 250 ailənin pulunu “yeyib”

Paytaxtda aksiya - “Yasamal MTK” 250 ailənin pulunu “yeyib”Narazı sakinlər Prezident Administrasiyası qarşısında aksiyaya hazırlaşırlar: “Ümidimiz dövlət başçısınadır...”İyulun 12-də Bakının Yasamal rayonunda əlliyə yaxın vətəndaş etiraz aksiyası keçirib. Onlar mənzil aldıqları binanın sahibi tərəfindən aldadılmalarından, doqquz il ərzində binanın hazır olmamasından, bir mənzilin bir neçə nəfərə satılmasından, həmçinin, verdikləri pulu geri ala bilməmələrindən şikayətləniblər.Sakinlər bildirirlər ki, 250 ailə Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın tikilib başa çatmasını doqquz ildir ki, gözləyir. Binanı tikən “Yasamal MTK”nın rəhbərliyi isə onları aldadaraq illəri yola verir və nəticədə 250 ailə küçələrdədir.“Doqquz ildir ki, bu binanın tikiləcəyini deyirlər, hər ay gəlirik, deyirlər bu gün-sabah bina hazır olacaq. İllərdir buraya pul ödəmişik, ancaq pulumuzu yeyib, bizə də atıblar”, - binanın yeddi illik “sakini” bildirir. Üstəlik, illər keçdikcə, vətəndaşlara məlum olub ki, eyni mənzillər müxtəlif adamlara satılıb. İndi camaat iki daş arasında qalıb - nə bina tikilir, nə də mənzillərlə bağlı yaranmış bu problem çözülür. MTK rəhbərliyi isə aradan çıxıb. Narazı vətəndaşlar nə onu tapa bilir, nə də mənzillərin nə zaman hazır olacağı barədə bir söz eşidə bilirlər. Əksinə, sakinlər bildirirlər ki, MTK rəhbərliyi haqqını tələb edən bina sakinlərini öz tanışları vasitəsi ilə hədələyir, həmçinin, evlərin pulunu yediyini və vəziyyətin beləcə də qalacağını vurğulayır.“Bizi hədələyir, təhdid edir. Mənzilimizi istəyən kimi deyir ki, səni öldürtdürərəm”.Sakinlərin sözlərinə görə, “Yasamal MTK”nın rəhbərliyinin fırıldağı barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsindən tutmuş Rayon İcra Hakimiyyətinə qədər bir çox instansiyalara şikayət məktubları göndərsələr də, nəticəsi olmayıb: “Yazmadığımız yer qalmayıb. Nəticəsizdir. Rəsmilər, aidiyyəti qurumlar niyə məsələni araşdırmırlar? 250 ailə küçələrdə qalıb. İllərdir kirayələrdəyik, mümkün deyil yaşamaq. Buradakı mənzilin krediti, üstəlik, başqa evin kirayəsi... Biz vətəndaş deyilikmi? Niyə şikayətlərimiz cavabsızdır? MTK rəhbərliyini kimdir bu qədər müdafiə edən, qoruyan?”.Şikayətçi Elvin Qurbanov deyir ki, bu binadan üç il əvvəl mənzil alıb: “Alanda dedilər ki, iki-üç aya bina təhvil verilir, gəlib təmirə başlaya bilərəm. Aradan üç il keçir, bu müddətdə heç bir iş görülməyib, həmin vəziyyətdir. Buranı on illik kreditə almışam, ayda 550 manat pul verirəm. Üstəlik, illərdir ki, kirayədə qalıram. MTK bizi aldadıb. Bina tikilib və üstü örtülüb. Bir az güclü iş getsə, təhvil verilə bilər. Ancaq etmirlər. Bina rəhbərliyi söz göndərir ki, əcəb edib pulunuzu yemişəm-filan. İllərdir ki, camaat binanın təhvil verilməsini gözləyir”.Nurəddin Rəhimov isə qeyd edir ki, binanın tikintisi 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə başlayıb: “Əvvəlcə Cahangir, Nəsib və Əliheydər adlı üç təsisçisi olub. Sonra Əliheydər tutulub, digər ikisi isə bizi beləcə süründürür. İllərdir yollardayıq. Əlimizdə onlarla ərizələr var, heç birinə baxılmayıb. Hüquqi dövlətdə on gün ərzində cavab gəlməlidir, ancaq bir cavab yoxdur. Ancaq deyirlər ki, şikayətinizi aldıq. Heç bir araşdırma, yazılı cavab yoxdur. Əksinə, MTK rəhbərliyi kimlərəsə o qədər güvənir ki, bizi öldürtdürəcəyi ilə hədələyir”.Sakinlərdən Afiq Əliyev isə qeyd edir ki, beş ildir ki, binadan mənzil alıb, ancaq indi nə mənzilə sahib ola bilir, nə də verdiyi pulu geri qaytara: “Vətəndaşların daha MTK-ya güvəni qalmayıb. Verdiyimiz pullar hədər gedib, kirayələrdə qalırıq. Biz mənzilimizi tələb edirik”.Aksiya keçirən vətəndaşların yanına gələn və özünü MTK sahibini qohumu kimi təqdim edən şəxs isə sakinlərə rəhbərliklə görüş təklif edib: “Gedək danışaq, bir yola qoyaq”. Ancaq sakinlər bildiriblər ki, MTK rəhbəri onların yanına gəlib dinləməlidir və problemi həll etməlidir. Həmçinin, sakinlər bildiriblər ki, onlar imza toplayaraq dövlət başçısı İlham Əliyevə, Korrupsiya İdarəsinə və digər qurumlara yekun müraciət göndərəcəklər: “Dövlət başçısından hüquqlarımızın bərpası üçün köməklik istəyirik. Ümidimiz dövlət başçısınadır”.Şikayətçilər MTK rəhbərliyi qısa müddətdə problemi həll etməzsə, Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklərini vurğuladılar. /musavat.com/
Narazı sakinlər Prezident Administrasiyası qarşısında aksiyaya hazırlaşırlar: “Ümidimiz dövlət başçısınadır...” İyulun 12-də Bakının Yasamal rayonunda əlliyə yaxın vətəndaş etiraz aksiyası keçirib. Onlar mənzil aldıqları binanın sahibi tərəfindən aldadılmalarından, doqquz il ərzində binanın hazır olmamasından, bir mənzilin bir neçə nəfərə satılmasından, həmçinin, verdikləri pulu geri ala bilməmələrindən şikayətləniblər.

Sakinlər bildirirlər ki, 250 ailə Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın tikilib başa çatmasını doqquz ildir ki, gözləyir. Binanı tikən “Yasamal MTK”nın rəhbərliyi isə onları aldadaraq illəri yola verir və nəticədə 250 ailə küçələrdədir.
“Doqquz ildir ki, bu binanın tikiləcəyini deyirlər, hər ay gəlirik, deyirlər bu gün-sabah bina hazır olacaq. İllərdir buraya pul ödəmişik, ancaq pulumuzu yeyib, bizə də atıblar”, - binanın yeddi illik “sakini” bildirir. Üstəlik, illər keçdikcə, vətəndaşlara məlum olub ki, eyni mənzillər müxtəlif adamlara satılıb. İndi camaat iki daş arasında qalıb - nə bina tikilir, nə də mənzillərlə bağlı yaranmış bu problem çözülür. MTK rəhbərliyi isə aradan çıxıb. Narazı vətəndaşlar nə onu tapa bilir, nə də mənzillərin nə zaman hazır olacağı barədə bir söz eşidə bilirlər. Əksinə, sakinlər bildirirlər ki, MTK rəhbərliyi haqqını tələb edən bina sakinlərini öz tanışları vasitəsi ilə hədələyir, həmçinin, evlərin pulunu yediyini və vəziyyətin beləcə də qalacağını vurğulayır. “Bizi hədələyir, təhdid edir. Mənzilimizi istəyən kimi deyir ki, səni öldürtdürərəm”.
Sakinlərin sözlərinə görə, “Yasamal MTK”nın rəhbərliyinin fırıldağı barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsindən tutmuş Rayon İcra Hakimiyyətinə qədər bir çox instansiyalara şikayət məktubları göndərsələr də, nəticəsi olmayıb: “Yazmadığımız yer qalmayıb. Nəticəsizdir. Rəsmilər, aidiyyəti qurumlar niyə məsələni araşdırmırlar? 250 ailə küçələrdə qalıb. İllərdir kirayələrdəyik, mümkün deyil yaşamaq. Buradakı mənzilin krediti, üstəlik, başqa evin kirayəsi... Biz vətəndaş deyilikmi? Niyə şikayətlərimiz cavabsızdır? MTK rəhbərliyini kimdir bu qədər müdafiə edən, qoruyan?”.
Şikayətçi Elvin Qurbanov deyir ki, bu binadan üç il əvvəl mənzil alıb: “Alanda dedilər ki, iki-üç aya bina təhvil verilir, gəlib təmirə başlaya bilərəm. Aradan üç il keçir, bu müddətdə heç bir iş görülməyib, həmin vəziyyətdir. Buranı on illik kreditə almışam, ayda 550 manat pul verirəm. Üstəlik, illərdir ki, kirayədə qalıram. MTK bizi aldadıb. Bina tikilib və üstü örtülüb. Bir az güclü iş getsə, təhvil verilə bilər. Ancaq etmirlər. Bina rəhbərliyi söz göndərir ki, əcəb edib pulunuzu yemişəm-filan. İllərdir ki, camaat binanın təhvil verilməsini gözləyir”.
Nurəddin Rəhimov isə qeyd edir ki, binanın tikintisi 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə başlayıb: “Əvvəlcə Cahangir, Nəsib və Əliheydər adlı üç təsisçisi olub. Sonra Əliheydər tutulub, digər ikisi isə bizi beləcə süründürür. İllərdir yollardayıq. Əlimizdə onlarla ərizələr var, heç birinə baxılmayıb. Hüquqi dövlətdə on gün ərzində cavab gəlməlidir, ancaq bir cavab yoxdur. Ancaq deyirlər ki, şikayətinizi aldıq. Heç bir araşdırma, yazılı cavab yoxdur. Əksinə, MTK rəhbərliyi kimlərəsə o qədər güvənir ki, bizi öldürtdürəcəyi ilə hədələyir”.
Sakinlərdən Afiq Əliyev isə qeyd edir ki, beş ildir ki, binadan mənzil alıb, ancaq indi nə mənzilə sahib ola bilir, nə də verdiyi pulu geri qaytara: “Vətəndaşların daha MTK-ya güvəni qalmayıb. Verdiyimiz pullar hədər gedib, kirayələrdə qalırıq. Biz mənzilimizi tələb edirik”.Aksiya keçirən vətəndaşların yanına gələn və özünü MTK sahibini qohumu kimi təqdim edən şəxs isə sakinlərə rəhbərliklə görüş təklif edib: “Gedək danışaq, bir yola qoyaq”. Ancaq sakinlər bildiriblər ki, MTK rəhbəri onların yanına gəlib dinləməlidir və problemi həll etməlidir. Həmçinin, sakinlər bildiriblər ki, onlar imza toplayaraq dövlət başçısı İlham Əliyevə, Korrupsiya İdarəsinə və digər qurumlara yekun müraciət göndərəcəklər: “Dövlət başçısından hüquqlarımızın bərpası üçün köməklik istəyirik. Ümidimiz dövlət başçısınadır”.
Şikayətçilər MTK rəhbərliyi qısa müddətdə problemi həll etməzsə, Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklərini vurğuladılar. /musavat.com/
492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber