Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 45 nəfər yaxalandı

Qaziantepdə terror təşkilatı İŞİD-ə qoşulmaq məqsədilə Suriyadakı münaqişə bölgəsinə getmək istəyən əcnəbi əsilli 45 nəfər polis tərəfindən yaxalanıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Qaziantep Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin qrupları müxtəlif ölkələrdən hava yolu ilə Türkiyəyə gələn çox sayda xaricinin sərnişin avtobusu ilə şəhərə gələcəyi məlumatını aldıqdan sonra hərəkətə keçib. Bundan sonra keçən cümə günündən etibarən avtovağzalda işə başlayan polis, şəhərə gələn əcnəbiləri bir-bir yoxlayıb. Bəziləri yanlarında həyat yoldaşı və uşaqlarını gətirən şəxslər polislər tərəfindən saxlanılıb.

Bu gün günorta saatlarında də polislər Şəhərlərarası Avtobus Terminalında keçirilən əməliyyatla əksəriyyəti Tacikistan əsilli 25 nəfəri saxlayıb.

Son 3 gün ərzində nəzarətə alınan 45 nəfər Qaziantep Dövlət Xəstəxanasında sağlamlıq nəzarətindən keçirilib. Xəstəxanaya polislərə aid mülki avtobuslarla gətirilən əcnəbi əsillilər, burada görünməmələri üçün üzlərini gizlədib, avtobusun pərdələrini bağlayıblar. Səhiyyə nəzarəti başa çatdırılan əcnəbi əsillilər daha sonra Terrorla Mübarizə Şöbəsinə aparılıb.

olis İdarəsində ifadələrinin alınmasının ardından əcnəbi əsilli şübhəlilər deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təslim ediləcəklər.
558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber