Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Əfqanıstanda ABŞ bazasına hücum: 25 ölü

Əfqanıstanın Host şəhərində ABŞ-ın “Çapman” hərbi bazası yaxınlığında partlayış baş verib.

Hücum nəticəsində 25 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hücum zamanı ABŞ hərbçilərin itki verməsi ilə bağlı məlumat yoxdur.

Təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, bazaya hücum iftardan bir neçə dəqiqə sonra reallaşıb. Ölənlər arasında uşaq və qadınların olduğu bildirlir.

Əfqanıstanda olan NATO qüvvələri də baş verən hadisəni təsdiq edib.

Xatırladaq ki, “Çapman” bazasının yaxınlığında anoloji hadisə 2009-cu ildə baş vermişdi. Həmin hadisə zamanı Mərkəzi Kəşfiyyat Xidmətinin 7 əməkdaşı həlak olmuşdu./axar/
638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51