Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Əlildən 1000 manat pul istədilər... əlillik dərəcəsi ləğv edildi

Ucar rayonu Rəstəcə kənd sakini İsayeva Kəmalə Ağasəlim qızı Arqument.az-a müraciət ünvanlayıb.

Həmin müraciətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidovla bağlı bəzi iddialar səsləndirilib.

Şikayətçi iddia edib ki, nazirliyin hər iki səlahiyətli şəxsi ondan istədikləri istədikləri 1000 manat rüşvəti verə bilmədiyindən qanunsuz olaraq əlillik dərəcəsini ləğv ediblər: "Artıq komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərimi alıb saxlayıb pulu gözləyirlər. Digər Tibbi Sosial Ekspert Komissiyalarında mənim kimi həqiqətən əmək qabiliyyətini itirmiş xəstələrə hörmət edilib rüşvət almadan əlillik dərəcəsi təyin edilsə də, 36 saylı TSEK-də bu, mümkün deyil. Burada tam sağlam adamlar rüşvət verib əlillik dərəcəsi ala bilirlər. Mənim kimi rüşvət verməyə imkanı olmayan, həqiqətən, əmək qabiliyyətini itirmiş ağır xəstələr isə belə süründürməçiliklərə məruz qalıblar. 1990-cı il tarixdə evimizdə çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti almışam. Buna görə 2 il xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80 % ağır dərəcədə yanıb. Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm. Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi və buna görə müavinət alırdım. Aldığım pul dava-dərmanıma güclə çatırdı. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi aldı baxdı və mənə dedi ki, 1000 manat verməsən, sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik. Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum. Dedim, bəlkə, rəhmi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb qanunu qaydada qərar çıxardar. Ancaq çox təəssüflər olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar dedi. İndi isə çox çıxılmaz vəziyyətdə qalmışam".

Onun sözlərinə görə, həqiqətən, əmək qabiliyyətini itirib xəstə olmağına baxmayaraq, istədikləri rüşvəti verə bilmədiyi üçün bir ildir ki, sənədlərini saxlayıb ona qarşı bürokratik əngəl yaradıblar: "Bunu Allah da götürməz, ancaq bu zülümü mənə korrupsiyaya qurşanmış və korrupsiya şəbəkəsi yaratmış 36 saylı TSEK yaşadır. 36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə Prezidentə, Mehriban xanıma və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyay Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm: hörmətli insanlar, and olsun Allaha mən, həqiqətən, əmək qabiliyyətimi itirmişəm, xəstəyəm, ancaq uzun illər buna görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və uzun illər müavinət alırdım. Səhhətimin daha da ağırlaşdığı halda, əlillik dərəcəmi ləğv etdilər. Nədir ki, istədikləri rüşvəti verməyə imkanım olmadı. Xəstənin hansı maddi imkanı olar ki, rüşvət versin? Sizdən xahiş edirəm müraciətimi araşdırıb 36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in korrupsiyaya qurşanmış müdiri Emil Kamilovun və əməkdaşı Talıb Məcidovun barəsində qanunu tədbirlər görəcəksiniz".

Mövzu ilə bağlı 36 saylı TSEK-in müdiri Emil Kamilovun əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24