Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

İstanbulda yenə ara qarışdı

Polisin keçirdiyi əməliyyatlara etiraz edənlərlə polis arasında qarşıdurma yaşanıb

Dünya Türkiyənin İstanbul şəhərinin Polis İdarəsinin Terrorla Mübarizə şöbəsi səhər saatlarında eyni vaxtda bir neçə ünvana reydlər həyata keçirib. Şəhərin Gülsuyu və Qazi məhəllələrində 1500 polis və xüsusi-təyinatlının iştirakı və aviasiyanın dəstəyi ilə həyata keçirilən əməliyyatlar zamanı terror fəaliyyətində şübhəli bilinən 40 nəfər saxlanılıb. Bəzi ünvanlarda silah-sursat da ələ keçirilib. Eyni zamanda, narkotik əməliyyatında da 17 nəfər saxlanılıb.

Əməliyyatlara etirazını bildirmək üçün "Əzilənlərin Sosialist Partiyası" adlanan qrupun 30 üzvü İstanbul Polis İdarəsinin önündə aksiya keçirib. Etirazçı qrup binanın önündə mətbuat açıqlaması vermək istəyərkən, bunun qarşısını almağa çalışan polislə qarşıdurma baş verib.

Bu arada, Gülsuyu meydanında da "Xalq Cəbhəsi"nin üzvü olan 15 nəfər polisin həyata keçirdiyi əməliyyatlara etiraz etmək üçün bir araya gəlib. Burada da mətbuat açıqlaması vermək və yürüş etmək istəyən qrup polis müdaxiləsi ilə üzləşib. Polis dağılmaq istəməyən qrupa qarşı, dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 1 nəfərin saxlandığı bildirilir./ans
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi