Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

“Altılıq” və İran arasında Tehranın nüvə proqramına dair əldə olunan razılaşma barədə bəyanat bu gün səhər ən tezi 10.00-da (Bakı vaxtı ilə 12.00-da) açıqlanacaq. Bu barədə “İnterfaks”a danışıqların gedişatı ilə tanış olan mənbə bildirib.

“Bəyanat, böyük ehtimalla, ən tezi saat 10.00-da veriləcək”, deyə mənbə bildirib.

Bəyanat BMT-nin Vyanadakı mənzil qərargahında səsləndiriləcək.

Bundan əvvəl Vyananın “Koburq” otelində “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü keçirilib.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə danışıqların iyulun 14-də başa çatacağını istisna etməyib.

“İranın nüvə proqramına dair danışıqlar, çox ehtimal ki, iyulun 14-də sona çatacaq”, deyə Məhəmməd Zərif Press TV-yə bildirib./apa/
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
Go to TOP