Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Cəbhədə silahlar susmur

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istafadə atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istafadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31
İŞİD tü