Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Türkiyədə həyəcan siqnalı

Türkiyə Baş Polis İdarəsi ölkənin 81 vilayətindəki şöbələrə “Təcili” dərkənarlı əmr göndərib. Əmrdə polis şöbələrindən PKK terrorçularına qarşı ayıq-sayıq olmaları tələb olunub.

Xatırladaq ki, ötən gün KCK bəyanat yayaraq 2013-cü ildə başladılan atəşkəsin sona çatdığını açıqlamış, ilk hədəfin hərbi məqsədli su anbarı tikintiləri olduğunu bildirmişdi. Bu açıqlamalardan sonra Ərdaxan, Ağrı, Siirt və Mardində tikintisi davam edən yol və su anbarlarının inşaatları PKK terrorçularının hücumuna məruz qalıb.

Baş idarənin göndərdiyi əmrdə isə polislərin silahlı və bombalı hücumlarına qarşı diqqətli olmaları tələb olunub.

Bundan başqa xüsusi xidmət orqanlarının hesabatında son günlər PKK-nın fəallığını çoxaltması barədə məlumatlar əks olunub.

Ötən gün Türkiyə Mardin vilayətinin Nusaybin rayonunda PKK ilə polis arasında atışma olmuşdu. Baş vermiş insidentdə bir polis əməkdaşı yaralanaraq xəstəxanaya aparılmışdı.

Xatırladaq ki, iki gün əvvəl PKK-nın administrativ quruluşu “KCK” (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası”) terror təşkilatı ötən gün açıqlama yayaraq Türkiyəni hədələmişdi./ans/
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber