Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

15 min ölü, 30 min yaralı

BMT, ABŞ, Türkiyə, Qatar, Ərəbistanın himayəti ilə İraqda İŞİD hücumları zamanı həlak olan insanların statistikasını yayımlayıb.

Hesabatda terrorçuların hücumlarının intensivləşdiyi 2014-cü ilin yanvarından bu günə kimi 15 min insanın həlak olduğu, 30 min nəfərin isə yaralandığı açıqlanıb.

Hesabatda həmçinin, İŞİD nəzarətində olan bölgələrdə yaşayan dini və etnik azlıqların təzyiqlərlə üzləşdiyi, 3500 yezidinin hələ də terrorçular tərəfindən əsir saxlandığı əks olunub.

Beynəlxalq Miqrasiya Təşkilatı isə son il yarım ərzində 3 milyon 87 min 372 iraqlının doğma yurdundan qaçqın düşdüyünü açıqlayıb.
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber