Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?

Periferik arteriya xəstəliyi adətən arteriyalarda daralma və tıxanma ilə bağlı olaraq yaranan vaskulyar xəstəlikdir.
Yaşam keyfiyyətini pozan bu xəstəlik zamanı yeriyərkən və xəstəliyin sonrakı mərhələlərində istirahət edərkən belə ayaqlarda ağrı və sancılar olur. Liv Hospital Ankaranın kardiologiya üzrə mütəxəssisi prof. dr. Erdoğan İlkayın fikrincə, xəstəlik anadangəlmə və ya sonradan yarana bilər. Anadangəlmə olanlar digər bir damara açılması (fistula) və ya balonlaşma (anevrizma) tərzində ola bilər. Xəstəliyin ən önəmli səbəbi aterosklerozdur (damar sərtliyi).

Damar sərtliyi ən önəmli səbəbdir
Periferik arteriya xəstəliyinin ən nəzərəçarpan xüsusiyyətləri arasında ayaq və qollarda keyləşmə, gücdən düşmə, görmə və ya danışma qabiliyyətində müvəqqəti pozğunluq kimi əlamətlər yer alır. Bunlardan başqa insult, yeriyərkən ayaqlarda ağrı, ayaqlarda qapanmayan yaralar, ereksiya (sərtləşmə) çətinliyi, yeməkdən sonra qarın bölgəsində ağrı, əl hərəkətləri ilə yaranan başgicəllənmələri, kürək və qarında ağrılar həkimə getmək üçün kifayət edəcək xəbərdaredici əlamətlərdir. Xəstəliyin ən əsas səbəbi isə xalq arasında damar sərtliyi kimi bilinən aterosklerozdur.

Damar tıxanıqlığı tez-tez şəkər xəstələrində müşahidə edilir
Ayaq damarlarının tıxanıqlıqları dizaltı və dizüstü olaraq təsnifatlandırılır. Son illərdə bu xəstəliyin müalicəsi üçün balon və stendləmə cərrahiyyəsindən daha çox istifadə olunur. Dizaltı damar tıxanıqları xüsusilə şəkər xəstələrində müşahidə olunur. Müalicə prosesi gecikdirilsə, ayaqda qapanmayan yaralar çox zaman həmin bədən üzvünün kəsilməsi ilə nəticələnə bilir. Balonla damarların açılması həm yaraların sağalmasını təmin edir, həm də bədən üzvlərinin itirilməsi riskini azaldır./Saglamolun/
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...