Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Suriya ordusu 200 İŞİD terrorçusu məhv edib

Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus olan qırıcı təyyarələr İŞİD terror qruplaşmasının Rəkka vilayətində yerləşən mövqelərinə aviazərbələr endiriblər.

Bu aviazərbələr nəticəsində 200 İŞİD terrorçusu məhv edilib. Məhv edilən terrorçular arasında İŞİD-in səudiyyəli komandirlərini də qeyd etmək olar. Bundan əlavə Suriya aviasiyasının endirdiyi raket zərbələri nəticəsində İŞİD terror qruplaşmasının xeyli sayda silahı, qumbaraatanı, raketləri o, cümlədən də 3 tankı məhv edilib.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Suriya aviasiyası İŞİD terrorçularının 6 komandirinin iclas keçirdiyi binanı yerlə-yeksan ediblər. Dəqiq raket zərbələri nəticəsində 6 İŞİD komandiri məhv edilib./deyerler/
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...