Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Ukraynanın Putinin şəkli olan köynək geyinən türk konsulu qovuldu

Ukraynanın Türkiyədəki fəxri konsulu Levent Aydın Vladimir Putinin şəkli olan köynək geyindikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

"Levent Aydın bir çox Ukrayna vətəndaşlarına yardım edib. Amma, bu, prinsip məsələsidir. Mən onun Ukraynanın fəxri konsulu səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etdim, Ukraynanın xarici işlər naziri Pavel Klimkin "Twitter"də yazıb.

XİN rəhbəri qeyd edib ki, Levent Aydın Ukrayna diplomatı olmayıb və diplomatik missiyada fəxri konsul vəzifəsini tutub. Pavel Klimkin yazıb ki, Levent Aydın Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, Levent Aydın bir müddən əvvəl rəsmi tədbirə Putinin portreti olan köynəkdə gəlmişdi./Musavat/
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01