Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Ziya Məmmədovun qoçularından İlham Əliyevə şikayət

Nəqliyyat müfəttişləri Qarabağ veteranının başına hansı oyunlar açıb?

Bakı sakini, Qarabağ müharibəsi veteranı Zakir Sadıqov nəqliyyat müfəttişlərindən şikayətçidir. Zakir Sadıqov “Azadlıq”a ünvanladığı müraciətdə yazır ki, aprelin 23-də taksi fəaliyyətilə məşğul olduğu 90-HL-254 dövlət nömrə nişanlı avtomobilində əyləşərkən nəqliyyat müfəttişləri qəfildən ona yaxınlaşıb.
“Onlar məndən taksi fəaliyyətilə bağlı lisenzya istədilər. Mən sənədləri təqdim etməyə hazırlaşırdım ki, onlardan biri pəncərədən əlini içəri salaraq maşının açarını çıxarmağa çalışdı və nəticədə açarı sındırdı. Digər müfəttiş isə sağ tərəfdən maşına oturarkən dizi ilə avtomobilinin bahalı monitorunu sındırdı. Mən onlara özümü Qarabağ veteranı kimi təqdim etsəm də, onlar mənim vəsiqəmi hörmətsizçəsinə yerə atdılar. Bundan başqa nəqliyyat müfəttişləri mənim sürücülük vəsiqəmi və avtomobilin texniki pasportunu aldılar”.
Zakir Sadıqov yazır ki, məsələ ilə bağlı Nərimanov Rayon Polis Idarəsinin 18-ci polis bölməsinə müraciət edib. Lakin polis bölməsində onun şikayətinə baxılmayıb. “Bundan sonra mən Nəqliyyat Nazirliyinə, Daxili Işlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna, Milli Məclisə və Prezident Administrasiyasına şikayətlər etmişəm. Lakin heç bir nəticəsi olmayıb”.
Zakir Sadıqov qəzetimiz vasitəsilə İlham Əliyevə müraciət edərək ondan bu məsələni diqqətə almasını və baş verənlər barəsində tədbir görülməsi ilə bağlı tapşırıq verməsini xahiş edir.
680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı