Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Qazaxın kəndi susuz qalıb

Daş Salahlı kənd sakinləri susuzluqdan əziyyət çəkir

Qazax rayon Daş Salahlı kənd sakinləri susuzluqdan əziyyət çəkir. Bu barədə sözügedən kənddən bildirilib. Məlumata görə, yay mövsümü başlanandan bu məkanda su tapmaq müşkülə çevrilib: “Kənd icra nümayəndəsi və bələdiyyə sədri Coğazdan həyətlərə çəkilən suları suvarma məqsədilə ayrı-ayrı fermerlərə satır. Halbuki, kənddə suvarma üçün başqa bir kanal da mövcuddur. Kənd rəhbərliyi bu cür qanunsuzluğa yol verməklə ikili gəlir əldə edir. Həm suvarma üçün nəzərdə tutulan kanalın suyunu, həm də həyətlərə çəkilən suları fermerlərlə satır. Bunun əzab-əziyyətini isə kasıb kəndlilər çəkir. Həyətlərdə su yoxdur. Sakinlər məcbur qalıb maşınlardan od qiymətinə su alırlar”.
Sakinlərin sözlərinə görə, evlərə çəkilən sular məhz kənd əhalisinin hesabına başa gəlib. Üstəgəl, Daş Salahlının işğalçı Ermənistanla sərhəd olmasına rəğmən əhalidən su pulu yığılır. Bununla belə, ilin bütün fəsillərində - məxsusi olaraq yay aylarında kənddə su qəhətə çıxır. Əlbəttə, bunun səbəbkarları kənd icrası və bələdiyyəsidir. Sakinlər isə etiraz edəndə “get kimə şikayət edirsən et” cavabını verirlər: “Kasıb kəndli çəkib gətirdiyi sudan belə istifadə edə bimir. ”Burada mənəm Bağdadda kor xəlifə" prinsipi ilə davranran icra və bələdiyyə başçıları qara fəhlənin bədbəxtliyi üzərində öz xoşbəxt həyatlarını düzənləməyə çalışırlar".
Sakinlər onu da diqqətə çatdırıblar ki, problemin həllinə dair əlaqədar qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmır: “Hara şikayət edirik, əliboş qayıdırıq. Bizə baxan yoxdur. Dərdimizə çarə tapılmır. Yayın bu istisində milləti susuzluqdan qırırlar. Aidiyyəti şəxslərdən xahiş edirik ki, məsələ ilə maraqlansınlar. Kənd rəhbərliyinin dələduzluğuna son qoyulmalıdır. Nə vaxta kimi belə ağır şərtlər altında yaşayacağıq? Rayon icra hakimiyyətinə də müraciət etmişik. Lakin buna məhəl qoyan olmayıb”.
Sakinlər kəndin mərkəzi yolunun dözülməz halda olmasından da gileyləniblər: “Kəndin mərkəzində tozdan dayanmaq olmur. 3 il əvvəl bu yolu düzlədilər ki, yeni yol çəkilir. Hər il ”növbət il yeni asfalt ötrüyü çəkiləcək" deyib milləti aldadırlar. Çünki yolun yenidən tikintisinə ayrılan maliyyə vəsaiti ayrı-ayrı ciblərə gedərək havaya sovrulub. Yenə də zülmü biz çəkirik. Yollar bərbad haldadır. Daş Salahlı çox baxımsız vəziyyətdədir. Kim istəyir, gəlib kəndin durumu ilə maraqlana bilər. Onda iddialarımızın tam əsaslı olduğunu görəcəklər".
Mövzu ilə bağlı yerli icra nümayəndəliyinin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./azadlıq/
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.1