Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Yumurta və toyuq əti bahalaşıb

Azərbaycanda toyuq əti və yumurtanın qiyməti artıb.

Bu barədə  kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Mərərrəmovun sözlərinə görə, toyuq əti 20 faiz, toyuq yumurtası isə 25 faiz bahalaşıb. Bunun səbəblərindən biri də dolların bahalaşmasıdır: “Yay mövsümündə ətə tələbat azalır. Normal halda yayda yumurta və toyuq ətinin qiyməti aşağı düşməli idi. Lakin toyuq əti istehsalı üçün yem komponentləri əsasən xaricdən gətirilir. Ölkədə istehsal edilən yem tələbatı ödəmir”.

Ekspert dedi ki, dolların bahalaşması səbəbindən yemin də qiyməti artıb, nəticədə məhsulların bahalaşması qaçılmaz olub: “Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalının artdığını, o cümlədən taxılın bolluğunu əks etdirən statistika təqdim edir. Halbuki qiymət artımı bunun əksini göstərir. Dolların bahalaşması nəhayət öz sözünü deyir və xaricdən gətirilən məhsulların qiyməti bahalaşır”.

V.Məhərrəmov Rusiya, Ukrayna, Türkiyə, İran və digər ölkələrdən ucuz toyuq əti və yumurtanın gətirilməsinin mümkünlüyündən danışdı: “Bəzi ölkələrdən ucuz toyuq əti gətirililə bilər. Lakin ölkədə toyuq əti istehsalı ilə məşğul olan quşçuluq təsərrüfatları da inhisarçıya çevrilib. Xaricdən ucuz ət gətirilməsi onların biznesinə zərbə vura bilər”.

Xatırladaq ki, yumurta 8 qəpikdən 10 qəpiyə, toyuq ətinin kiloqramı isə 2 manat 50 qəpikdən 3 manata qalxıb./virtualaz/
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15