Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Cəbhə bölgəsində partlayış, 3 yaralı

Bakıdan istirahətə gedən uşaqlar xəstəxanalıq oldu. Tovuz rayonunun cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində partlamamış mərpi fəlakətə səbəb olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Bakı şəhər Nərimanov rayon sakini 2007-ci il təvəllüdlü Xanbabayev Tuncay Rövşən oğlu, onun bacısı 2003-cü il təvəllüdlü Xanbabayeva Nərmin və qohumları 1971-ci il təvəllüdlü Əlibəyli kənd sakini Əliyeva Dürdanədir.

Partlayış Xanbabayev İslam Salman oğluna məxsus evdə axşam saatlarında baş verib.

Yaralılar dərhal Tovuz mərkəzi rayaon xəstəxanasına çatdırılıblar.

Xatırladaq ki, Əlibəyli kəndi təmas xəttinə ən yaxın olan kəndlərdən biridir. Ermənilər müntəzəm olaraq adıçəkilən istiqamətdə atəşkəs rejimini pozur, mülki vətəndaşları, evləri atəşə məruz qoyurlar./ans/
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
3