Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Azərbaycanda banka borcu olan şəxs dəhşət saçdı

Beyləqan rayonunun Qarallar kəndinin sakini Cahangir Ağayev intihara cəhd edib.

Bu barədə hadisənin şahidləri məlumat verib. Şahidlərin dediyinə görə, Cahangir Ağayev əvvəlcə filialın yerləşdiyi ofis önündə bank işçilərindən birinə zəng vuraraq bayıra çıxmağını tələb edib.

Həmin şəxs həm özünün, həm də filial işçisinin üzərinə benzin töküb. Sonuncu qaçmaqla canını yanğından qurtara bilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları gəlsə də onlar da bir müddət Cahangir Ağayevə yaxınlaşa bilməyiblər.

Lakin İmişli polisinin əməkdaşları C.Ağayevi zərərsizləşdirə və onu polis şöbəsinə aparmağa müvəffəq olublar. “Accessbank” ASC İmişli filialının müdiri Eldar Fərhadov hadisənin baş verdiyini təsdiqləyib:

“Bu şəxs bizim müştərimiz olub. Onu narazı salan kredit ödənişində gecikməyə görə əməkdaşımızın evinə getməsi olub. Biz problemli kreditlərlə bağlı məhkəməyə başqa banklarla müqayisədə çox az müraciət edirik. Çalışırıq danışıqla problemi yoluna qoyaq. Bank əməkdaşının onun qapısına getməyi də xoşməramlı olub”.

İmişli Rayon Polis Şöbəsindən bildirildi ki, saxlanılıb polis şöbəsinə aparılan C.Ağayev izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bu son günlər bu səpgidə baş verən ikinci hadisədir. Bir həftə bundan əvvəl Bərdədə baş vermiş hadisə daha faciəvi olmuşdu. 23 yaşlı Bərdə sakini Elşad Vaqif oğlu Dadaşov banka borca görə özünü kəndirlə "Tərtərçay" üzərindəki körpüdən asmışdı./ans/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı