Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2015

Yunanıstanı kütləvi etirazlar bürüyüb

Afinanın mərkəzində baş vermiş iğtişaşlar zamanı azı 50 etirazçı saxlanılıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, iyulun 15-i axşam saatlarında Afinada etirazçılar və polis arasında qarşıdurma baş verib. Toqquşmalar zamanı jurnalistin xəsarət aldığı bildirilir.

Məlumata görə, etirazçılar polisə “Molotov kokteyli” atıb, polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, Saloniki şəhərində kreditorlarla əldə olunan razılaşmanın əleyhinə 24 saatlıq etiraz aksiyası təşkil edilib. Kreditorlarla əldə olunan razılaşmanın iyulun 15-də ölkə parlamenti tərəfindən dəstəklənməsinə etiraz edən həmkarlar ittifaqları əhalini etiraz aksiyalarına çağırıb./apa/
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi