Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Lənkəranda marketə hücum edildi, yaralı var

İyulun 16-sı axşam saat 23.30 radələrində Lənkəranda market qarət edilib.

Hadisə Əli Məmmədov küçəsi, 1-ci mikrorayon ərazisindəki gündəlik tələbat malları satılan marketdə baş verib.

Qarət zamanı marketdə ticarət obyektinin məxsus olduğu Əbülfəz Cəfərovun 62 yaşlı atası Nuru Cəfərov olub. İçəri daxil olan üç nəfər şəxsdən biri siqaret almaq adı ilə kassaya yaxınlaşıb. Və satıcıya baş nahiyəsindən küt xəsarət yetirib. Digər bir nəfər marketin qapısında dayanıb. Satıcıya xəsarətlər yetirilən zaman dəstə üzvlərindən digəri kassada olan 200 manata yaxın nəğd pulu və təxminən 300 manatlıq mobil telefon danışıq kartlarını götürüb.

Qarətçilər marketdən çıxaraq taksiyə oturublar, hadisə yerindən uzaqlaşdıqdan sonra maşından düşüb naməlum istiqamətdə gediblər./report/
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18