Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Anar Qasımlı Mövsüm Səmədov və Rufulla Axundzadə ilə görüşüb

Vəkil Anar Qasımlı 11 saylı CÇM-də həbs həyatı yaşayan AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə FaktXeber.com-a Anar Qasımlının özü məluat verib.
Vəkilin sözlərinə görə hazırda Mövsüm Səmədovun vəziyyəti yaxşıdır və səhhəti ilə bağlı heç bir problemi yoxdur. Ailə üzvlərinin görüşməsi üçün müəyyən problemlərin yaradıldığını bildirən Anar Qasımlı, “bir neçə dəfə ailə üzvləri Qubadan görüşmək üçün Bakıya gəlmələrinə baxmayaraq, CÇM tərəfindən əngəllərlə üzləşiblər. Belə ki, əgər hər hansı bir ailə üzvü bu ayın 4-də Mövsüm Səmədovla görüşübsə, növbəti görüşə bir də gələn ayın 4-dən sonra icazə verirlər.
Halbuki qanunda belə şeylər yoxdur. Qanunda vardır ki, məhbusun ayda bir dəfə yaxınları ilə görüşmək hüququ var”, - deyə qeyd etdi:
“Eyni halda dünən Penitensiar Xidmətin Müalicə Müəssisəsində islamçı məhbus Rufulla Axundzadə ilə də görüşdüm. Keçən dəfəki həyəcan təbilindən sonra ona diqqət artıb, bütün dərmanlarla təmin olunur. Səhhəti bir az yaxşılaşıb.”
1924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44