Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Məmur oğlu və dostları sürücünü xəstəxanalıq etdilər

Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında “KaMaz” markalı avtomobil sürücüsünü döyüb.

Hadisə Sumqayıt şəhərində baş verib.

Sədr müavininin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbiləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.

Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur.

Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir./strateq/
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber