Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Suriyanın bütün cəbhələrindən qələbə xəbərləri gəlir

Bir sıra əyalətlər terrorçulardan təmizlənib, yüzlərlə terrorçu məhv edilib

Suriya ordusunun, İŞİD, Nusra Cəbhəsi və digər terrorçu qruplaşmalarla müharibəsi bir çox cəbhədə davam etməkdədir.

ABNA-nın verdiyi xəbərə görə, Humusun şərqində, İŞİD-in nəzarətində olan Palmiraya (Tedmur) doğru qərb və şimaldan hücuma keçən Suriya ordusu, Palmiraya 48 km məsafədə Tiyas Hərbi Hava Bazası və T-4 Pompalama Stansiyasında İŞİD-in hücumu ilə qarşılaşıblar.

Terrorçuların Tiyasa etdiyi hücum ordu tərəfindən dəf edilib. Ordunun Tiyası itirəcəyi təqdirdə Homs şəhərinin mərkəzi təhlükə altında olacaqdır.

Ordu, Palmiranın şərq və şimalında yerləşən İŞİD mövqelərini hələ keçməyib. Palmiranın işğaldan azad olunacağı təqdirdə, Sikhanadakı qaz yataqlarının yolu açılacaq, eyni zamanda Deyrez-Zora gedən təchizat xətti də ordunun əlinə keçəcək.

Livan sərhədindəki Zəbədanidə, Suriya ordusu ilə Hizbullah qüvvələrinin Nusra Cəbhəsi və müttəfiqlərinə verdiyi 48 saatlıq möhlət bitmək üzrədir. Qruplaşmalar, "təslim olun!" çağırışına hələ cavab verməyib.
Suriya ordusu və Hizbullah, dünən Zəbadanidən Medaya tərəf uzanan 350 metr uzunluğundakı bir tuneli məhv edərək Nusraya böyük bir zərbə vurub. Suriya ordusu və Hizbullah, artıq Zəbadaninin mərkəzinə doğru yaxınlaşmaqdadırlar.

Digər tərəfdən, Suriya ordusu və yerli təhlükəsizlik qüvvələri, Hama ilə İdlib arasında yerləşən Gab düzənliyində də silahlı qruplara qarşı hücuma keçib.

Orduya Mhardə və Skaylədən olan xristian yerli dəstələr də kömək edir. Ordunun qəfil hücumu nəticəsində Gab düzənliklərindəki Əl-Mənsur, Hirbat Əl-Nakus və Tel-Vassit Nusra və müttəfiqlərinin işğalından azad olunub.


İkinci mərhələdə, Nəşvə və Əz-Zuhurdaki İŞİD-in mövcudiyyəti aradan qaldırılacaq. Məhz bunun üçün, Hasəkənin ətrafındakı kəndlərdən də İŞİD-in qovulması və bir "təhlükəsiz zona" yaradılması planlaşdırılır.
İŞİD, İndiyənə qədər bir neçə dəfə hücum edib geriyə çəkildiyi Deyrez Zor Hərbi Hava Limanına bir daha hücuma keçib. Hücum ordunun ayıqlığı nəticəsində dəf olunub./deyerler/
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı