Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2015

Sumqayıtda Fitr namazı qılındı - Foto

Bu gün Bakı və Sumqayıt şəhərlərinin məscidlərində mömin müsəlmanlar Fitr bayramı namazını qılıblar.

Bu gün səhər saat 10:00 radələrində Sumqayıt şəhərinin İslam məscidində Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafovun imaməti ilə bayram namazı qılınıb. Möminlər pişnamaz arxasında Fitr bayramı namazını bütün şəri qaydalara uyğun şəkildə icra ediblər. İbadət mərasimində Quran ayələri, moizələr dinlənilib, dualar səsləndirilib

Qeyd edək ki, Bayram namazı yalnız on ikinci İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. İmam (ə) qeybdə olduğu vaxt isə Fitr namazı müstəhəbdir və həm camaatla, həm də fərdi qaydada qılına bilər. Ramazan bayramı namazının vaxtı günəş doğandan günortaya qədərdir. Amma müstəhəbdir ki, günəş qalxdıqdan sonra fitrə zəkatı verildikdən sonra qılınsın./İslaminsesi.org/

hacq

hacq1

hacq2

hacq9

- See more at: http://www.islaminsesi.org/index.php/lk/item/37241-sumzhay-tda-fitr-namaz-zh-l-nd-foto#sthash.bx9IQ8Kf.dpuf
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber