Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2015

Sirvanda neftçilər ayağa qalxdı

Dünən saat 11 radələrində Sirvanda yerləşən Karasu əməliyyat sirkətinin Misovdag neft Mədən sahəsinde Mühəndis Texniki Mərkəzin qarşısında 300 nəfərlik mitinq olub.

Avrasiya.net-ə verilən məlumata görə, bütün sexlərin fəhlə və texniki mühəndis heyətinin mitinq kecirməkdə məqsədi son günlərdə şirkət rəhbərliyi haqqında internetdə gedən korrupsiya hallarına SOKAR-ın və dövlət aparatının reaksiya verməməsi, byram günündə işçilərə bayram puli vəd olunsa da verilməməsi, sığorta olunan işçilərə güzəştlərin edilməməsi və xəstələrin öz cibindən pul ödəmələri olub. Etirazçılar 3 saat işi saxlayıblar. Şərt qoyulub ki, əgər tələblər yerinə yetiliməsə Şirvanda aramsız mitinqlər keçiriləcək.
İşçilərin haqlı tələbinə qarşı çıxan vəhabi təriqətinin üzvü iddia edilən Cavid adlı əməliyyat menenceri etirazdan fotolar çəkərək çirkətin rus rəhbərliyinə ötürüb ki, bu da əhalinin qəzəbini daha da artırıb.
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP