Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

05 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Dekabrın 05-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin bəzi cənub rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 08-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 07-də atmosfer təzyiqinin qısa müddətdə xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31