Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2015

DÇ-2018: Seçmə mərhələnin püşkatma mərasiminin vaxtı bəlli oldu

İyulun 25-də Sankt-Peterburqda keçiriləcək 2018-ci il Dünya Çempionatının seçmə turnirinin püşkatma mərasimi keçiriləcək.

Bu barədə Rusiya-2018 təşkilat komitəsinin baş icraçı direktoru Aleksey Sorokin bildirib. Dünya Çempionatının ilkin püşkatması Sankt-Peterburqun Konstantinovsk sarayında iyulun 25-də keçiriləcək.

Dünya Çempionatı - 2018-in Avropa yığmaları arasında keçiriləcək təsnifat mərhələsinin oyunları 2016-cı il sentyabrın 4-də start götürəcək. Seçmə mərhələnin qrup oyunları 2017-ci il oktyabrın 8-10-da başa çatacaq.

Play-off matçları noyabrda keçiriləcək: ilk oyunlar - 2017-ci il 9-11 noyabrda, cavab oyunları - 12-14 noyabrda.
Oyunların ilkin tarixləri aşağıdakı kimi müəyyən edilib:

1-ci tur: 2016-cı il 4-6 sentyabr; 2-ci tur: 6-8 oktyabr; 3-cü tur: 9-11 oktyabr; 4-cü tur:11-13 noyabr; 5-ci tur: 2017-ci il 24-26 mart; 6-cı tur: 9-11 iyun; 7-ci tur: 31 avqust - 2 sentyabr; 8-ci tur: 3-5 sentyabr; 9-cu tur: 5-7 oktyabr; 10-cu tur: 8-10 oktyabr.
Seçmə mərhələnin püşkü iyulun 25-də Sankt-Peterburqda atılacaq. Növbəti dəfə UEFA-nın qərarı ilə Azərbaycan və Ermənistan yığmaları püşkatma zamanı ayrılacaq və ayrı qruplara düşəcək.

2018-ci il Dünya Çempionatının oyunları Rusiyanın 11 şəhərinin - Moskvaya, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samaraya, Soçi və Rostovdakı 12 stadionunda iyunun 15-dən iyulun 14-dək keçiriləcək.
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber