Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2015

Nardaranda Rəhimə xanım (s.ə) ziyarətgahında bayram namazı

Keçən gün İyul ayının 18-i Şəvval ayının 1-i "Müqəddəs Ramazan - Fitr bayramı" günü qeyd edilib. Bu mübarək günlə əlaqədar olaraq ölkəmizin bütün rayon və şəhərlərində,o cümlədən paytaxt Bakı şəhərinin müxtəlif məscid və Hüseyniyyələrində "Fitr bayramı" namazı qılınmışdır.

Keçən gün Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə) ziayarətgahının Hüseyniyyəsinin həyətində, açıq səma altında "Mübarək Ramazan – Fitr bayramı" namazı qılındı. Bayram namazını qılmaq üçün ziyarətgahın Hüseyniyyəsinə ölkəmizin müxtəlif bölgələrindən gəlmiş minlərlə kişi və qadın cəm olmuşdu.

"Mübarək Ramazan – Fitr bayramı" namazı səhər saat 09:30-da Nardaran Rəhimə xanım ziyarətgahının axundu, ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədainin imamlığı ilə (pişnamazlığı) qılındı.

Namaz bitdikdən sonra bayram mərasimi Hacının gözəl moizəsi ilə davam etdi. Hacı ilk növbədə bu müqəddəs Ramazan bayramı münasibəti ilə başda İmam Zaman (ə.f) Ağamız olmaqla cəmi müsəlmanların bayramını təbrik etdi və çıxışını davam etdirərək müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar qısaca xütbə etdi.

Hacı öz xütbəsini bitirdikdən sonra "Vəhdət duası" oxundu. Dua bitdikdən sonra "Məşğuli Ziyarət" oxundu və sonra möminlər görüşüb, bayramlaşması bayrama xüsüsi rəng qatdı./Nardaranpiri.com/

Nardaranda Rəhimə xanım (s.ə) ziyarətgahında bayram namazı qılındı

809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı