Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Donetskdə yaşayış ərazisinə silahlı hücum olub

Ukrayna və Rusiyapərəst üsyançılar atəşkəsə baxmayaraq yaşayiş massivinin atəşə tutulmasına görə bir-birlərini ittiham ediblər. Hadisə zamanı 4 mülki vətəndaş və bir əsgər həlak olub.

Separatçılar deyir ki, Donetskin mərkəzində Ukrayna qüvvələrinin açdığı atəş nəticəsində bir nəfər həlak olub. "Reuters" yanan binanın içərisindən bir kişinin cəsədinin çıxarılmasına şahidlik etsə də, bu cəsədin sözügedən adama məxsus olub-olmaması bəlli deyil.

Ukraynanın şərqində keçən ilin aprelində başlayan müharibə 6 500-dən çox insanın həyatına son qoyub. 5 ay əvvəl Belarus paytaxtı Minsk şəhərində tərəflər arasında atəşkəsə dair razılıq əldə olunandan sonra hücumların sayı xeyli azalsa da, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

"Üsyançılar beynəlxalq müşahidəçilərin diqqətindən yayınmaq üçün geniş kütləvi əməliiyyatları və silahlı hücumlar gecə həyata keçirirlər" - deyə Ukraynanın hərbi sözçüsü Andri Lısenko bildirib.

Onun sözlərinə görə, separatçılar diqqətlərini öz əllərində olan Donetskin şimal-qərbindəki yaşayış bölgələrinə yönəldərək hücuma keçiblər və nəticədə bir hərbçi, bir qadın və onun nəvəsi, eləcə də 49 yaşlı bir kişi öldürülüb./ans/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46