Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Rus ordusu Azərbaycanın neft kəmərini ələ keçirdi

Rusiya Cənubi Osetiyanın sərhədlərini 300 metr irəli çəkməklə Gürcüstanı münaqişəyə təhrik edir.

Bu barədə Gürcüstan müdafiə naziri Tina Xidaşeli açıqlama verib.

Nazir bildirib ki, işğal olunmuş zonadan beynəlxalq konsorsiuma əsasən Azərbaycan neftinin nəql edildiyi Bakı-Supsa kəməri keçir.

Tina Xidaşelinin sözlərinə görə, rəsmi Moskva Cənubi Osetiyada sərhədləri genişləndirməklə Gürcüstanı yeni münaqişəyə təhrik etməyə çalışır.

"Rusiya mütəmadi olaraq Gürcüstanda təxribatla məşğul olur. İnanmıram ki, sərhəd göstəricisinin başqa bir yerdə yerləşdirilməsi Rusiya üçün siyasi-strateji əhəməiyyət kəsb edir. Onlar hər gün bizim səbrimizi yoxlayırlar və bizi münaqişəyə çəkmək istəyirlər. Lakin hökumətimiz buna imkan verməyəcək", - deyə müdafiə naziri bəyan edib.

Gürcüstanın Cənubi Osetiya bölgəsinə nəzarət edən Rusiya hərbçiləri işğal hüdudlarını bir neçə yüz metr artıraraq kəmərə maksimum yaxınlaşıblar. Gürcülər hazırda bəzi sahələrdə işğal zonasının hüdudları ilə Bakı- Supsa kəməri arasında cəmi 50 metr məsafə qaldığını iddia edirlər. Onların fikrincə, bu, artıq kəmərin de-fakto işğalıdır.

Məsələyə Gürcüstanın energetika naziri Kaxa Kaladze də reaksiya verib. O da dolayısı ilə məsələnin ciddi olduğunu vurğulayıb və lazım olarsa hökumətin alternativ layihəni işə salacağını bildirib: "Burada söhbət 1500-1600 metrlik yeni sahənin tikintsindən gedir. Layihə artıq mövcuddur və əgər problemlər olarsa, biz bu layihəni gerçəkləşdirəcəyik"./ans/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber