Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Culian Assanc: “Bu sənədləri Almaniyaya verə bilərik”

“Wikileaks” saytının qurucusu Culian Assanc ABŞ-ın Almaniya kansleri Angela Merkeli dinlədiyinə dair sənədləri Berlinə verə bilər.

O, bu barədə Almaniyanın “Der Spiegel” jurnalına verdiyi müsahibəsində deyib.

Culian Assanc ABŞ Milli Təhlükəsizlik Agentliyinin dinləmə fəaliyyəti ilə bağlı Almaniya parlamentində qurulan araşdırma komissiyasına yardım etmək istədiyini bildirib. ABŞ-a ekstradisiya edilmə təhlükəsi yaşayan və buna görə də 2012-ci ildən Ekvadorun Londondakı səfirliyindən çıxa bilməyən Assanc Almaniyanın yardım barədə müraciətini gözlədiyini söyləyib.

“Əlimizdə Almaniya siyasətçiləri, xüsusilə də baş nazir və xarici işlər nazirinin dinlənilməsini göstərən sənədlər var. Bunlar arasında bir müddət əvvəl dərc etdiyimiz və Merkelin yaxın ətrafındakı 56 yüksək vəzifəli məmurun telefon nömrələrinin olduğu siyahı də var. Mənbələrini açıqlaya bilmərik, amma bu sənədlərin gerçək olduğunu göstərən səbəbləri alman tərəfinə izah edə bilərik”, - “Wikileaks” saytının qurucusu vurğulayıb./publika/
699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı